Yaşıl enerji dəhlizinin yaradılması strateji prioritetdir

Yaşıl enerji dəhlizinin yaradılması strateji prioritetdir
İQTİSADİYYAT
12:06 07.02.2023
368
Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasdakı çıxışında bundan əvvəlki 8-ci iclasdan ötən müddətdə xeyli dəyişikliklərin baş verdiyini vurğulayaraq hazırda enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün daha çox əhəmiyyət kəsb etdiyini bildirib. Dövlətimizin başçısı deyib: "Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında edirik və vaxt itirmədik. Cənub Qaz Dəhlizinin icrasında müəyyən yubanmalar oldu. Lakin bütövlükdə, biz çalışdıq ki, onu mümkün qədər tez başa çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”. 

9-cu toplantının əvvəlki illərdə keçirilən iclaslardan fərqli cəhəti bu dəfə əsas diqqətin Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinin müzakirəsinə yönəldilməsidir. Belə ki, çıxışlarda vurğulanan başlıca məqamın respublikamızdan hansı ölkələrin əlavə qaz həcmləri almaq istəməsi və bunun üçün daşıma imkanlarının hansı səviyyədə olması ilə bağlıdır.

Ölkə rəhbəri çıxışında Azərbaycanın qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündüyünü, bu il yeni yataqlardan da  hasilatın gözlənildiyini,  mövcud "Şahdəniz” yatağında hasilatın artırılmasının birmənalı olaraq gündəlikdə durduğunu, həmçinin daxildə enerji səmərəliliyi ilə bağlı itkilərin azaldılması proqramı üzərində iş getdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: "Bizim təbii qaz ixracımız artır. İxracımız 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu göstərir ki, Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumu uğurla həyata keçirilir”.

Yeri gəlmişkən, bu məqamda Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanması məsələsini bir daha xatırlatmaq istərdik. Belə ki, dövlətimizin başçısının həyata keçirdiyi yeni enerji siyasətində şaxələndirmə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi xüsusi yer tutur. Məsələn, bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır.

Artıq həmin sənədin icrasına başlanılıb. Nəticədə isə yüksək göstəricilər əldə edilib. Belə ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcminin ən azı 11,6 milyard kubmetr olacağı planlaşdırılıb. 

Beləliklə, 2023-cü ildə Azərbaycanın ixrac qazının ümumi həcminin təxminən 24 milyard kubmetr olacağı nəzərdə tutulub. Müqayisə üçün deyək ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edib. Bax, elə bunun nəticəsidir ki, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasdakı çıxışında "yaşıl enerji” ehtiyatlarımıza Azərbaycanın tərəfdaşları tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb. "Bu gün biz, əlbəttə ki, gələcəyə doğru baxırıq, "yaşıl enerji” ilə bağlı Məşvərət Şurası yaranıb. Cəmi dörd ölkə var və heyət kifayət qədər kiçikdir. Lakin onun böyüməsi potensialı var. Nəinki hökumətlər, o cümlədən şirkətlər də belə mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər” – deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildən mütəmadi keçirilən tədbirin əsas məqsədi Xəzərin ən böyük qaz yatağının resurslarının Avropa bazarlarına çıxarılması ilə yanaşı, Azərbaycan və tərəfdaşlarının həyata keçirdikləri meqalayihənin - Xəzərin sahilindən başlanğıcını götürən və 7 ölkəni əhatə edən  3500 kilometrlik infrastrukturun zamanında gerçəkləşdirilməsidir. 

Bu baxımdan ildə bir dəfə hökumət nümayəndələrinin, layihəyə cəlb olunan şirkət rəhbərləri və onun maliyyələşməsində iştirak edən beynəlxalq və kommersiya qurumlarının iştirakı ilə görülmüş işlərə yekun vurmaq, qarşıya çıxan problemlərin operativ həlli üçün tədbirlər görmək, həmçinin gələcək işlərlə bağlı fikir mübadiləsi aparmaq son nəticədə planlaşdırılmış işlərin zamanında gerçəkləşdirilməsi optimal bir platformaya çevrilib.

Bu toplantının vacib bir elementi də ilk dəfə burada Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi və bununla da Azərbaycanın özünün tərəfdaşları olan Gürcüstan, Rumıniya və Macarıstanla ötən ilin dekabrın 17-də imzaladıqları Avropaya "yaşıl enerji” ixracı üzrə müqavilənin praktik icrasının əsasının qoyulmasıdır. 

2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətimizdə həlledici ildir. Bu gün mənbəyi Azərbaycan olan yaşıl enerji dəhlizinin yaradılması da strateji prioritetdir. İnanırıq ki, Azərbaycan bundan sonra da "mavi yanacaq”la bərabər, "yaşıl enerji” ilə bağlı belə yüksək səviyyəli toplantılara ev sahibliyi edəcək və Avropaya enerji ixracının şaxələndirilməsi məsələlərində əsas tərəflərdən biri olacaq. 

Səlim Məmmədov 
Masazır kənd 5 saylı tam orta məktəbin direktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
16:15 15.05.2025
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
Snoop Doogun komandası Mehin üçün klip çəkdi  - VİDEO
16:02 15.05.2025
Snoop Doogun komandası Mehin üçün klip çəkdi - VİDEO
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
15:55 15.05.2025
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
15:50 15.05.2025
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
15:46 15.05.2025
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
15:37 15.05.2025
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
15:26 15.05.2025
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15:22 15.05.2025
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
15:18 15.05.2025
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
14:51 15.05.2025
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
Ərdoğan - Zelenski görüşü başlayıb
14:39 15.05.2025
Ərdoğan - Zelenski görüşü başlayıb
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
14:33 15.05.2025
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”