Yaşınızdan gənc görünməyin 5 yolu

SAĞLAMLIQ
14:02 14.08.2015
2717
İllər ötdükcə hər kəsin yaşlanmaq, cazibədarlığını itirmək qorxusu bir az da çoxalır. Qocalmanın təsirini gecikdirmək üçün xanımlar bahalı kremlər alır, zərdablardan və ya müxtəlif serumlardan istifadə edirlər. Amma yaşlılıq əlamətlərini həm makiyajla, həm də saç düzümü ilə gizlətmək mümkündür. indi isə sizə yaşınızdan gənc görünməyin 5 yolunu təqdim edirik:
At quyruğu
At quyruğu saç modeli qadını olduğundan gənc göstərmək kimi sehrli gücə malikdir. Saçlar tarım və möhkəm yığıldığı zaman göz kənarındakı xırda qırışlar azalır, gözlər daha yuxarıda görünür. Üz xətlərini dəyişdirən at quyruğu modeli bu ilin ən dəbli saç modellərindəndir. Yay aylarında istidən boğulanda, yaxud hovuza və ya dənizə girəndə bu əlverişli saç düzümünü yığmaq təklif olunur. Həm mövcud problemi həll edəcək, həm də gənc görünəcəksiniz.
Kontur üsulu ilə üzdəki qüsurları gizlədin
Aydınlaşdırıcı istifadə edərək üzünüzdə önə çıxarmaq istədiyiniz bölgələri vurğulayın. Bunun üçün almacıq sümüklərinə barmaq və ya düz bir fırça köməyi ilə konsiler çəkin. Bu zaman yanaqlar daha yuxarıda görünəcək. Eyni məhsulu göz kənarlarına da çəkdikdə gözlər daha parlaq və böyük görünəcək.
Gur qaşlar
Yaşlandıqca qaşlar da tökülməyə və seyrəlməyə başlayır. Seyrək qaşlar isə xanımları olduğundan daha yaşlı göstərir. Bunun üçün qaşları qaş qələmi və ya qaş kölgəsi ilə doldurun. Qaş rənginə görə aldığınız kölgəni incə fırça köməyiylə qaşlara çəkin. Əgər qaşlarınız çox nazikdirsə, qaş qələmi ilə xətt çəkib içini qaş kölgəsi ilə doldurmalısınız. Bu şəkildə qaşlar daha gur və qalın görünəcək.
Parlaq dodaqlar
Parıltılı dodaq boyaları, balzam dodaqları nəmləndirir. Həm də sizi olduğunuzdan daha gənc və müasir göstərəcək.
Təravətli və parlaq dəri
Parıltılı dəri qadınları çox gənc göstərir. Bu məsələdə parlaq və nəmli tonal kremlər kömək edə bilər. Onlar sizi bir neçə yaş cavan göstərir. Tonal kremin üstündən çəkilən parıltılı pudra isə maksimum effekt verəcək.
qadinlar.biz

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir