"Berg Energy” və "Bizon Energy”nin birgə start verdikləri "Güc birlikdədir” layihəsi davam edir.
Layihə çərçivəsinddə 100-dən çox 65 yaşdan yuxarı kimsəsiz və tənha insana iki ay müddətində ərzaq yardımı ediləcək. Məqsəd yaşlı insanların evdə qalması və sağlamlığını qoruması üçün onları zəruri gündəlik tələbat məhsulları ilə təmin etməkdir.
"Berg Energy” və "Bizon Energy” komandası layihəni genişləndirmək, daha çox insana yardım etmək məqsədilə "Güc Birlikdədir” "Facebook” səhifəsini yaradaraq onu platforma halına salıb. Səhifəyə hər gün yaşlı və kimsəsiz insanlar haqqında müraciətlər daxil olur. Bu məlumatlar yoxlanıldıqdan sonra ünvana ərzaq paketi çatdırılır və bu, iki ay ərzində davamlı formada olacaq.
Məlumat üçün bildirək ki, artıq səhifə üzərindən digər insanlar da ərzaq səbətini təklif edərək, ünvanlara daşınmasını təklif edirlər. Əgər sizin də ətrafınızda yaşı 65-dən çox kimsəsiz və tənha insan varsa və ya layihəyə qoşulmaq istəyirsinizsə, "Güc Birlikdədir” "Facebook” səhifəsinə yazaraq məlumat verə bilərsiniz.
Gəlin əl-ələ verib bu çətin zamanda bir-birimizə dayaq olaq. Biz birlikdə güclüyük, biz birlikdə Azərbaycanıq!
Güc birlikdədir!