Kayseridə 66 yaşlı kişi eskalatordan enərkən müvazinətini itirib və hündürlükdən yıxılaraq ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Melikqazi mahalının Hunat məhəlləsində Nevzat Y. iş mərkəzinə eskalatorla enərkən müvazinətini itirərək hündürlükdən yıxılıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qrupları Nevzat Y-nin öldüyünü müəyyən edib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Günel