Yaşlı qadına oxşayan bu qızın əslində 15 yaşı var - FOTOLAR

Yaşlı qadına oxşayan bu qızın əslində 15 yaşı var -  FOTOLAR
MARAQLI
11:40 28.10.2013
6905

Yaşlı göründüyü üçün çoxları tərəfindən ona "nənə" damğası vurulub

Zara Harsorn, anası Trasey və bacısı Colene lipodistrofiya xəstəliyindən əziyyət çəkir. Lipodistrofiya - erkən yaşlanma xəstəliyi olub çox nadir hallarda rastlanır.

Sümükləri çürüdür, qoruyucu dərinin altındakı yağ toxumasını məhv edərək vaxtından əvvəl yaşlanmaya səbəb olur. Zara Harsorn əziyyət çəkdiyi bu erkən yaşlanma ucbatından ətrafdakıların qəribə münasibəti ilə qarşılaşıb. O, ətrafdakıların onu alçatmalarından bezdiyinə görə yaşadığı bu vəziyyəti cəmiyyətə danışmaq məcburiyyətində qalıb. Zaranın dişləri tökülüb. Qırışlarına görə kollagen inyeksiyası vurdursa da, bu, onun cavanlaşmaq istəyən orta yaşlı qadın olduğunu ifadə etmir. Zara qoca görünməsinə səbəb olan erkən yaşlanma xəstəliyindən əziyyət çəkən 15 yaşlı qızdı. Bu xəstəlik genetik cəhətdən yüzdə 30 insanda rastlana bilər. Ancaq çox təəssüf ki, Zaranın anası və 23 yaşlı bacısı da eyni xəstəlikdən əziyyət çəkir. Yaşlı göründüyü üçün çoxları tərəfindən ona "nənə" damğası vurulub, hətta onu küçəyə çıxanda yumurta atəşinə tutanlar da olur. Uşaq teatrlarında özü üçün bilet almaq artıq onun üçün imkansızdır. İnsanların bu münasibəti onu əsəbləşdirsə də, Zara 15 yaşlı qız kimi davranmağa davam etdiyini və alçaldılmasına imkan vermədiyini deyib. İlk dəfə məktəbə getdiyində həmyaşıdları onu müəllimə zənn ediblər. Məktəb paltarını geyinərkən hamı onun maskarad paltarında və dəli olduğunu düşünüb. Məktəbdə oxuyarkən uşaqlar onu "torba sifət" və "nənə" deyə çağırıblar. Fiziki cəhətdən çox alçaldılıb ziyan gördüyündən 10 yaşında ikən anası Zaranı məktəbdən çıxarıb. Yaşlı göründüyü üçün hər yerdə qəribə qarşılanan Zara hətta ölmək istədiyini də deyib. Dişləri getdikcə zəifləyib töküldüyü üçün artıq gülmək istəmədiyini açıqlayan Zara gələcəkdə gözəllik həkimi olmaq arzusunu dilə gətirib. O, "erkən yaşlanmanın bir yaxşı tərəfi var ki, nə mənim, nə bacımın, nə də anamın üzündə heç vaxt ləkə olmur", - deyib. Zaranı əsəbləşdirən və məyus edən tək şey insanların "30 yaşı olan qadın kimi görünürsən" deməsidir. Zara artıq özünü olduğu kimi qəbul etdiyini və oğlan dostlarını da cəlb etməkdə çətinlik çəkmədiyini etiraf edib. O, nəhayət ki, necə göründüyünə deyil, necə biri olduğuna önəm verib onu belə də qəbul edən dostlar tapıb. Dermatoloqların fikrincə isə, əməliyyat vasitəsilə vücudun digər hissələrindən yağ götürüb üzün yağ toxumasını yenidən bərpa etmək olar. AZXEBER.COMAilem.az-a istinadən sizə həmin 15 yaşlı qızın şəkillərini təqdim edir.

-

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
22:56 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
22:43 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
22:33 19.10.2026
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
22:27 19.10.2026
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib