Yaşlı qadını öldürən taksi sürücüsü: “Yolu asta addımlarla keçirdilər”

Yaşlı qadını öldürən taksi sürücüsü: “Yolu asta addımlarla keçirdilər”
SOSİAL
15:25 30.04.2022
319
Sumqayıtda 61 yaşlı qadını və onun 6 yaşlı qardaşı qızını avtomobillə vuraraq qadının ölümünə səbəb olan taksi sürücüsünə hökm oxunub.

AZXEBER.COM xəbər verir ki, "Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən il baş verib. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 40 yaşlı Süleyman Hüseynov etibarnamə əsasında idarə etdiyi "Mercedes-Benz” markalı avtomobillə yolu keçməkdə olan qadın və azyaşlı uşağı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən vəfat edib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Süleyman Hüseynov bildirib ki, etdiyi əməldən peşmandır: "Onlar yolu asta addımlarla keçirdilər. Mən əyləcə basaraq sürəti azaltmaq istəsəm də, onlara dəydim. Sürət həddi 50-55 km/saat idi. Hadisə baş verən kimi aşağı düşüb onlara kömək etməyə çalışdım. Qadını maşına qoyub xəstəxanaya çatdırsam da, o öldü. Hadisəyə görə çox peşmanam”.

Hadisə zamanı xəsarət alaraq ölən qadının qardaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, bacısı ailə qurmadığı üçün birlikdə yaşayıblar:

"Həyat yoldaşım mənə zəng edərək bildirdi ki, qızımla bacımı maşın vurub. Uşağı evə gətiriblər, amma bacımı xəstəxanaya aparıblar. Orada da vəfat edib”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Süleyman Hüseynov 5 il iki ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
15:41 16.03.2026
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə  - DİM açıqlama yaydı
15:39 16.03.2026
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə - DİM açıqlama yaydı
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
15:39 16.03.2026
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
15:27 16.03.2026
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir