Yataqxanadakı yanğın söndürüldü: 7 nəfər xəstəxanaya yerləşdirildi

Yataqxanadakı yanğın söndürüldü: 7 nəfər xəstəxanaya yerləşdirildi
SOSİAL
12:46 10.04.2019
3766
Bakıda yataqxana binasında baş verən yanğın zamanı 7 nəfərə tibbi yardım göstərilib.

Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumata verilib. Onlardan 3-ü qadın, 3-ü kişi, 1-i uşaqdır.

Bir nəfər özünü binadan aşağı atıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Bir qadın isə başından və üzündən yanıq xəsarətləri alıb.
OXŞAR XƏBƏRLƏR