Pandemiya həyatın bir çox sahəsinə təsir etməklə yanaşı, ağız boşluğuna da zərər verə bilər. Ümumiyyətlə, psixoloji cəhətdən əsaslanan və cəmiyyətdə "diş daşları" və "diş qıcamaq" kimi təyin olunan bruksizmin qarşısını almaq üçün nə etmək olar? Bu müalicə edilə bilən bir problemdir? Müalicə metodları hansılardır?
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həkim Serhat Yalçın bunu bütün təfərrüatları ilə izah edib.
Cəmiyyətdə "yatarkən diş qıcama" kimi bilinən problem, yəni, bruksizm problemi üst-alt dişlərin bir-birinə sürtdüyü, əsasən yuxu zamanı sıxıldığı bir vəziyyətdir.
Şiddətli diş sıxma problemi olan bəzi xəstələr çənə əzələlərində yorğunluq hiss edə və səhərlər oyandıqda çənə ağrısından şikayətlənə bilər. Bəzən ağızlarını açmaqda çətinlik çəkə bilərlər.
Türkiyəli professorun sözlərinə görə, bruksizm problemi müalicə olunmadığı hallarda, baş ağrısı, dişlərin ağrısı və qırılması, çənə əzələlərində ağrı, diş həssaslığı, çənə oynağının zədələnməsi baş verir.
Ayşən