Müdafiə sənayesi üzrə sabiq nazir Yavər Camalovun ailəsində ağır itki baş verib.
AZXEBER.COM xəbər verir ki, mərhum nazirin oğlu Elşən Camalovun həyat yoldaşı İradə Camalova dünyasını dəyişib.
Məlumata əsasən, Elşən Camalov hazırda polkovnik rütbəsi ilə hüquq-mühafizə orqanlarında xidmət edir.
Qeyd edək ki, Yavər Camalov 2018-ci ildə vəfat edib.