"Yaxın bildiyim insanlardan çox incimişəm" - Əməkdar artist

"Yaxın bildiyim insanlardan çox incimişəm" - Əməkdar artist
MAQAZİN
11:49 19.09.2025
252
"İnsan qanından, canından olan birinin xəyanətini, zərbəsini görəndə adama çox ağır gəlir".
 
AZXEBER.COM xəbər verir ki,bu sözləri bu gün doğum gününü qeyd edən Əməkdar artist Könül Kərimova deyib.
 
"Rəngarəng" verilişində qonaq olan sənətçi, yaxınlarından aldığı zərbələrdən danışıb:
 
"Mən bu iki il ərzində yaxın və doğma bildiyim insanlardan çox incidim. Bunun üçün çox heyifislənirəm. Dost bildiyim, yaxın bildiyim insanlar mənə zərbə vurudular. İçində xanım da var, bəy də var. Günah etməkdən, bilərək səhv edib normal yaşamağa davam etməkdən çəkinin. Haqqıma çox girirlər və təhqir olunuram. Bundan çox təsirlənirəm. Özüm-özümü müdafiə etməyə gücüm də çatmır. Mənim üçün yox, özünüz üçün günaha batmayın. Səhvinizi etiraf edib üzr istəməyə cəsarətiniz də çatmır. Artıq çox gecdir, sizi bağışlaya bilmərəm. İnsan doğmasından elə küsür ki, geri dönüşü olmur".
 
Aysel
OXŞAR XƏBƏRLƏR