Yaxın dostu olan müavini Mikayıl Cabbarovun yerinə hazırlaşır? - İDDİA

Yaxın dostu olan müavini Mikayıl Cabbarovun yerinə hazırlaşır? - İDDİA
SOSİAL
17:41 22.07.2016
7936
Artur Rəsizadədən sonra baş nazir postuna yeni iddialının kimliyi məlum olub. 
AZXEBER.COM "Qaynarinfo.Az"a istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun da adının Nazirlər Kabinetinə rəhbərlik edəcək namizədlər siyahısına düşdüyü vurğulanır.
“Doğrudur, bu ilin sonunadək keçirilməsi gözlənilən referendumda Konstitusiyaya ediləcək dəyişikliklərlə 1-ci vitse-prezident postunun yaradılması və bunun nəticəsində baş nazir postunun əhəmiyyətinin arxa plana keçməsi gözlənilir. Bununla belə, hökumət rəhbəri görəvi hakimiyyət daxilində öz siyasi təsir gücünü və önəmini xeyli dərəcədə qoruyub saxlayacaq”, - deyə mənbəmiz bildirib.
Qaynağımızın sözlərinə görə, bu mənada uzun müddətdir gözü baş nazir postunda olan iri hökumət fiqurlarının Artur Rəsizadənin kreslosu uğrunda gizli mübarizəsi də davam edəcək. “Son vaxtlar isə hazırki baş nazirin potensial sələfi kimi Mikayıl Cabbarovun adı ön plana çıxır”, - mənbəmiz qeyd edib.
“Bu iddia çoxlarına təəccüblü, hətta qeyri-inandırıcı gələ bilər. Amma unutmayaq ki, 2013-cü ildə o vaxtadək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olan Cabbarovun Misir Mərdanovdan boşalan görəvə gətirilməsi də xeyli gözlənilməz olmuşdu, xeyli adam uzun müddət belə bir təyinatın real olmasına inan bilməmişdi”, - qaynağımız sözlərinə əlavə edib.
İndi də oxşar gözlənilməzliyin baş verməsinin mümkünlüyündə iddia edən qaynağımız təhsil naziri postunda M.Cabbarovu əvəzləyəcək şəxsin kimliyinin də böyük ölçüdə bəlli olduğunu deyib. “Artıq Təhsil Nazirliyinin kulislərində Mikayıl Cabbarovun sələfi kimi əvvəlcə Təhsil Nazirliyi aparatının rəhbəri, ardınca isə təhsil nazirinin müavini olan Ceyhun Bayramovun adı hallanır. 43 yaşlı Bayramovun bu məsələdə hökumət daxilində ciddi dəstəyinin olduğu da deyilir. O, hazırda nazirin “sağ əli” kimi fəaliyyət göstərir və nazirlik daxilində faktiki olaraq əsas söz sahibi kimi göstərilir”, - deyə mənbəmiz vurğulayıb.
Bir sözlə, yaxın gələcəkdə Mikayıl Cabbarovu yeni baş nazir, Ceyhun Bayramovu isə yeni təhsil naziri kimi görsəniz, qətiyyən təəccüblənməyin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb