Yaxın dörd ildə Azərbaycanda əhalinin gəlirləri nə qədər artacaq?

İQTİSADİYYAT
17:06 05.11.2021
2696
2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 % ətrafında proqnozlaşdırılır.

AZXEBRE.COM xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, buna orta müddətli dövrdə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası, özəl sektorda yeni iş yerlərinin yaradılması, əmək bazarının kölgədən çıxarılması siyasətinin davam etdirilməsi nəticəsində nail olunacaq.
OXŞAR XƏBƏRLƏR