Yaxın saatlarda müharibə başlaya bilər

Yaxın saatlarda müharibə başlaya bilər
DÜNYA
09:53 04.10.2012
2871
Türkiyə Ordusunun sərhəddənkənar hərbi əməliyyatlara (təzkirə) başlaması ilə bağlı qərar layihəsini Nazirlər Kabineti təsdiqləyib.APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndərilib. Həmin sənəd bu gün Bakı vaxtı ilə saat 12.00 ali qanunverici orqanın növbədənkənar iclasında səsverməyə çıxarılacaq. Qanun layihəsi təsdiqlənərsə, Türkiyə Ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriya ərazisinə daxil olub, hərbi əməliyyatlar aparacaq. Qeyd edək ki, oktyabrın 3-də Suriya hökumətinə aid olan silahlı qüvvələrin Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsinə silahlı zərbələr endirməsi 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin isə yaralanması ilə nəticələnib. Hadisədən dərhal sonra NATO-ya üzv ölkələrin səfirləri dərhal toplaşaraq, müzakirələrə başlayıblar. NATO-nun qərargahında keçirilmiş toplantıda qurumun Nizamnaməsinin 5-ci maddəsinin tətbiq edilməsinin (quruma üzv dövlət hərbi müdaxiləyə uğradıqda digər üzv dövlətlərlə birlikdə təcavüzkara cavab verməlidir) tez olduğu bildirilsə də, NATO-nun Türkiyəyə tam dəstək verəcəyi qeyd olunub. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klintonla da məsələni müzakirə edib. Xanım Klinton türkiyəli həmkarını BMT və NATO-nun Türkiyəyə tam dəstək verəcəyinə əmin edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr
18:27 26.02.2026
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr