Yaxın Şərqdə böyük 'partlayış' gözlənilir

Yaxın Şərqdə böyük
DÜNYA
16:06 14.12.2012
1320
Rusiyanın hərbi ekspertləri isə Türkiyənin Kahramanmaraş vilayətində yerləşdiriləcək "Patriot" raketlərinin hədəfinin Suriya deyil, İran olduğunu hesab edirlər. "RİA" Novosti agentliyində keçirilən ''Patriot" raketləri Türkiyədə: NATO-Əsəd qarşılaşmasıdırmı?' mövzusunda forumda iştirak edən rusiyalı ekspertlər bildiriblər ki, Suriya Türkiyəyə müharibə elan edəcək gücə sahib deyil. Rusiya Geosiyasi Araşdırmalar İnstitutunun rəhbəri general Leonid İvaşov bildirib ki, bu raketlərin əsl məqsədi də NATO-nu regiona yaxınlaşdırmaqdır."Vətəndaş müharibəsi vəziyyətində olan Suriyada bu gün Türkiyəyə hücum etmək kimin ağlına gələ bilər? Türklərin də onsuz da, hücum ehtimalına ciddi yanaşacaqlarını hesab etmirəm. "Patriot" raketlərinin Kahramanmaraşda yerləşdirilməsi sadəcə Suriyaya hərbi müdaxilə hazırlığıdır. Çünki Suriyaya hərbi müdaxiləyə BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın vetosu əngəl olub. Dolayısı ilə, indi Təhlükəsizlik Şurasına ehtiyac qalmadan, Suriyaya müdaxilə üçün bir bəhanə axtarılır. Bu sistemin həqiqi məqsədinin İranın ballistik raketlərini zərərsizləşdirmək olduğu fikri ilə həmrəyəm." - Leonid İvaşov belə deyib.
OXŞAR XƏBƏRLƏR