Yaxın zamanda avtobuslarda bank kartı vasitəsilə ödəniş etmək mümkün olacaq

Yaxın zamanda avtobuslarda bank kartı vasitəsilə ödəniş etmək mümkün olacaq
SOSİAL
10:46 27.10.2021
249
Yaxın zamanda avtobuslarda NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq.

Bunu BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, "BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır:

"Buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir. "Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq.

Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur".
OXŞAR XƏBƏRLƏR