Yay məktəbinin müddəti uzadıla bilər - RƏSMİ AÇIQLAMA - VİDEO

Yay məktəbinin müddəti uzadıla bilər - RƏSMİ AÇIQLAMA - VİDEO
SOSİAL
12:24 04.06.2021
511
"Hesab edirəm ki, builki təcrübə özünü doğruldarsa, növbəti illərdə yay məktəbinin 1 ay müddətində təşkil edilməsini düşünmək mümkündür”.

Bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O bildirib ki, yay məktəbinin bu ildən uzadılması barədə valideynlər tərəfindən çağırışlar olarsa, rəhbərlik adekvat qərarlar qəbul edəcək:

"Bu il yay məktəbinin müddəti 2 həftə nəzərdə tutulub. Bu məktəblərin müddəti ilə bağlı beynəlxalq təcrübə var və ən çox 1 ay ərzində təşkil olunur. Təhsil Nazirliyi cəmiyyətdən gələn bütün çağırışlara açıqdır. Valideynlər tərəfindən belə müraciətlər olacaqsa, növbəti mərhələdə baxıla bilər”.
 

OXŞAR XƏBƏRLƏR