Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər - VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər - VİDEO
SOSİAL
11:51 20.07.2026
559
Cəmi 100 manat qarşılığında yaxta gəzintisi və ya dənizdə səhər yeməyi təklif edən sosial media səhifələri vətəndaşların diqqətini cəlb edir. Bu səhifələr insanları tələyə salaraq əvvəlcədən ödəniş tələb edir.

Pul köçürüldükdən sonra isə ya əlaqə kəsilir, ya da belə bir xidmətin, ümumiyyətlə, mövcud olmadığı üzə çıxır.

Ötən mövsüm oxşar saxta səhifələrlə bağlı tədbirlər görülsə də, bu yay eyni üsulla fəaliyyət göstərən hesabların sayı yenidən artmaqdadır.

AZXEBER.COM xəbər verir ki, "Baku TV” məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Bir qədər diqqətli olmaq lazımdır. Süni intellekt dövründə yaşayırıq. İnsanlar həqiqətlə yalanı özləri ayırd etməyi bacarmalıdırlar", - deyə sakinlərdən biri bildirib.

"Bu dövrdə fırıldaqçılar çoxdur. Belə hallara göz yummaq olmaz", - deyə başqa bir sakin qeyd edib.

İnnovasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov isə bildirib ki, belə hallarda ilk növbədə kampaniyanı təqdim edən şirkətin rəsmi olub-olmadığını araşdırmaq lazımdır:

"İlk növbədə axtarış platformaları və ya sosial media səhifələri vasitəsilə qarşınıza çıxan kampaniyanın nə dərəcədə rəsmi olduğunu yoxlamalısınız. Əksər hallarda hər hansı bir səhifə təqlid edilərək sosial mühəndislik üsulu ilə dələduzluq məqsədilə istifadə olunursa, bununla bağlı həmin şirkətin rəsmi kanallarında xəbərdarlıq yayımlanır. Digər hallarda isə insanlara çox sadə şərtlər müqabilində böyük hədiyyələr, endirimlər və ya cəlbedici xidmətlər təklif olunur. Bu cür həddindən artıq sərfəli görünən təkliflərə şübhə ilə yanaşmaq və ödəniş etməzdən əvvəl məlumatları ətraflı yoxlamaq vacibdir".
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı