BAKU AZƏRBAYCAN
12°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

“Yay Olimpiya Oyunlarının təxirə salınması milli komandamızı ruhdan salmamalıdır”

“Yay Olimpiya Oyunlarının təxirə salınması milli komandamızı ruhdan salmamalıdır”
İDMAN
16:10 25.03.2020
2386
Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbi ilə Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi haqda qərar qəbul edib. 

Milli Oıimpiya Komitəsinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatına görə, BOK-un bu qərarını şərh edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi milli komandamızı ruhdan salmamalıdır. 

"Təbii ki, vacib olan atletlərimizin sağlamlığıdır. İdmançılarımızın oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə BOK-un bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha böyük inamla davam etdirmələrinə mane olmaycaq. 

İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir.” 

MOK vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, Milli Olimpiya Komitəsi Azərbycan Respublikası Prezidentinin rəhbərliyi altında koronovirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan fəaliyyəti dəstəkləyir və  MOK öz işini reallaşdırılan bu fəaliyyətin məcrasında davam etdirməyi planlaşdırır.  

MOK rəsmisi xüsusi olaraq qeyd edib ki, atletlərimizin sağlamlığını prioritet məsələ kimi əsas götürərək idmanançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, Azərbaycanda sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanla məşğul olmağın əhəmiyyəti və olimpiya hərəkatının təbliği, olimpiya lisenziyalarının sayının artırılması istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. 

"Güman edirəm ki, insanlığın koronavirus pandemiyası ilə mübarizəsi qarşıdakı həftələr ərzində öz müsbət nəticələrini verəcək, tezliklə həyat özünün normal axarına dönəcəkdir.” sözləri ilə MOK vitse-prezidenti Çingiz Hüseynzadə fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:57 02.04.2020

SOCAR-ın prezidenti: “Ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək” - Foto

18:22 02.04.2020

Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

18:21 02.04.2020

Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"

18:09 02.04.2020

Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?

18:08 02.04.2020

Britaniyada koronavirusdan ölənlərin sayı 2921 nəfərə çatdı

17:15 02.04.2020

Sosial yardım alan aztəminatlı ailələrin nəzərinə!

17:11 02.04.2020

Spiker parlamentdə islahatlara başladı - SƏRƏNCAM

16:45 02.04.2020

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO

16:31 02.04.2020

Koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

16:27 02.04.2020

İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı - FOTOLAR

16:15 02.04.2020

“RAHAT”dan sosial videoçarx: “Biz birlikdə güclüyük!” - VİDEO

16:07 02.04.2020

Naftalan şəhər sakinlərindən #evdəqal aksiyasına sosial - Videoçarx

15:40 02.04.2020

Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır”

15:18 02.04.2020

"Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması barədə məlumatlar rəsmi deyil"

15:09 02.04.2020

Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

14:57 02.04.2020

Təşviş və panikaya düşməmək üçün bunları edin - Psixoloq məsləhəti