Yayda dadından doymadığınız şaftalının 7 vacib faydası - SİYAHI

SAĞLAMLIQ
16:58 13.07.2022
550
Şaftalının bilinməyən 7 faydası var.

Şaftalı yay meyvələri arasında ən çox istifadə olunandır. Yüksək tərkibi, gözəl dadı və soyuducu xüsusiyyətləri ilə bu ada layiqdir.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, dietoloq Məhəmməd Şahin şaftalının faydalarından danışıb.

Həkim bildirib ki, şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir.

1.Kaliumla zəngin olan şaftalı ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, bədəndən artıq mayeni çıxardaraq ürəyə düşən gərginliyi azaldır.

2.Şaftalı sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, stresi azaldır, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır.

3.Həzm olunmayan qidalı liflərlə zəngin olan şaftalı bağırsaqların fəaliyyətini stimullaşdırır, yüngül işlədici təsir edir.

4.Şaftalı dəri üçün ən faydalı meyvələrdən biridir.

5.Sinklə zəngin olan şaftalı kişi sağlamlığı üçün də çox faydalı sayılır.

6.Şaftalının tərkibində olan karotin görməni yaxşılaşdırır, qocalmanı ləngidir.

7.Şaftalı oynaq və sümüklərin sağlamlığını qoruyur, artrit, podaqra, osteoxondroz, revmatizm zamanı faydalıdır.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR