Yayda keçiriləcək qəbul imtahanlarına 62028 abituriyent qatılacaq

Yayda keçiriləcək qəbul imtahanlarına 62028 abituriyent qatılacaq
SOSİAL
16:17 24.05.2017
823
Azərbaycanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.
 
Abituriyentlərin elektron ərizə qəbulu bu gün saat 11:00-da yekunlaşıb. 

İlkin məlumatlara əsasən, həmin imtahanlarda iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 62028 abituriyent (56347-si Azərbaycan, 5681-i Rus bölməsi üzrə) qeydiyyatdan keçib. Onlardan 23509-u I, 17914-ü II, 16160-ı III, 4445-i isə IV ixtisas qruplarını seçib. Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.

///APA
OXŞAR XƏBƏRLƏR