Yaylagül ölkəmizi iki canla təmsil etdi - FOTO

İDMAN
04:05 31.07.2024
224
Azərbaycanı Paris-2024-də oxçuluq növündə təmsil edən idmançı Yaylagül Ramazanova mübarizəni dayandırıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Yaylagül birinci turda məşhur çinli rəqibi An Qixuanaya qalib gələrək 2-ci tura yüksəlib.

Bu qələbə idman ekspertləri üçün gözlənilməz olub. İdmançımız ikinci turda almaniyalı Mişel Kroppenə 2:6 hesabıyla məğlub olub və Olimpiadadakı çıxışını tamamlayıb.

Qeyd edək ki, Yaylagül Ramazanova ölkəsini 7 aylıq hamilə ola-ola təmsil edib.  

 

OXŞAR XƏBƏRLƏR