Yazıçı Anarın qızı Qarabağdan kitab yazdı

MƏDƏNİYYƏT
16:55 23.12.2012
1783

Dekabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda yazıçı-publisist Günel Anarqızının «Qarabağ hekayələri» adlı audio-kitabının təqdimatı keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, iki dildə hazırlanan audio-kitaba yazıçının 2002-2006-cı illər arasında qələmə aldığı «Ataya», «Şuşam», «Ağac», «Qadın üzlü şəhər», «Arzu» və «Keçmişə sarı» hekayələri daxildir. Xalq artistləri Şükufə Yusupova, Fəxrəddin Manafov, Yalçın Adıgözəlov, Əməkdar artist Mehriban Zəki, aparıcılar Nərgiz Cəlilova və Emin Musəvinin səsləndirdiyi hekayələr toplusunda Əməkdar artist Emil Əfrasiyab və pianoçu Nizami Əliyevin bəstə və ifaları yer alıb.

Qeyd edək ki, «Qarabağ hekayələri» yazıçının sayca ikinci audio-kitabıdır.  Günel Anarqızı AYB-nin sədri Anarın qızıdır. 

OXŞAR XƏBƏRLƏR