Yeddi aylıq evini tərk edib və 63 kiloqram arıqlayıb

Yeddi aylıq evini tərk edib və 63 kiloqram arıqlayıb
DÜNYA
18:58 26.11.2022
242
İrlandiyanın Kork şəhərinin 153 kiloqram çəkisi olan sakini 7 aya İspaniyanın Mayorka adasına yollanaraq evə 63 kiloqram arıqlayaraq qayıdıb və yaxınlarını çox təəccübləndirib.

AZXEBER.COM Milli.az-a istinadən bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

34 yaşlı Brayan O'Kif, ailəsi və dostlarının əksəriyyəti ilə əlaqəni kəsib və altı aydan bir qədər çox müddətə Mayorkaya köçüb və burada gizli şəkildə arıqlamaq üçün çox çalışıb. Bundan əvvəl Brayan dəfələrlə artıq çəkidən xilas olmağa çalışsa da, nəticəsi olmayıb. O qərara gəlib ki, yeni bir üsul sınamağın vaxtı gəlib.

Altı ay ərzində o, gündəlik kalori qəbulunu 2,2 min kalori ilə məhdudlaşdırıb və yeddinci aya qədər onu gündə 1750 kaloriyə endirib. Brayan hər gün beş saat idmanla məşğul olub. "Yeddi ay ərzində heç istirahət etmədim. Zədələrimin sayını itirdim, amma təslim olmadım və ağrıya qalib gələrək məşqə davam etdim", - o deyib. İrlandiyalı hər gün əvvəlki günün göstəricisini bir qədər yaxşılaşdırmağa çalışıb.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

O'Kif gündə 90 dəqiqə yumşaq idman və gəzinti ilə başlayıb. Tezliklə o, gündəlik beş saatlıq yorucu məşq rejiminə keçib. Brayan həftədə altı gün sərbəst çəkilərlə, həftədə üç dəfə - üzgüçülük və qaçışla məşq edib. Mayorkaya köçdükdən 9 həftə sonra O'Kif ilk dəfə 34 dəqiqəyə beş kilometr qaça bilib.


"Yeddi ay tam əzab idi. İlk üç ay yemək, yatmaq və idman etməkdən başqa heç nə edə bilmədim. Qalan vaxtlarda divanda uzanıb ancaq arabir axsayib tualetə gedirdim. Dördüncü aydan sonra bədənim davamlı məşqlərə öyrəşdi və bu o qədər də pis deyildi", - irlandiyalı deyib.

O'Kif arıqlamaq məqsədindən yalnız bir dostuna danışıb. Brayan həftədə iki dəfə evə zəng edərək Alzheimer xəstəliyindən əziyyət çəkən atası ilə danışıb. Atası ilə ünsiyyət qurmaq üçün Brayan anasının evdə olmadığını bildiyi vaxt seçib. Arıqlamış irlandiyalı evə qayıdanda yaxınları onu tanımayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb