Yəhudi jurnalistdən dəhşətli Xocalı həqiqətləri

Yəhudi jurnalistdən dəhşətli Xocalı həqiqətləri
SİYASƏT
12:09 15.09.2014
1967
“Qadınların sinələri qənimət götürüldü”.
Bakıda 20 yanvar faciəsi heç vaxt Qorbaçova nüfuz gətirmədi. Həmin vaxt müxtəlif ölkələr Bakı faciəsinə qiymət verdi, əsl qiyməti isə Türkiyə, İran və İsrail vermişdi. Amma İranın Bakıdakı konsulluğunun üstündən antisionist bayraq asılsa da, azərbaycanlılara daha yaxın olan yəhudilər idi. Çünki onlar uzun illər bir yerdə yaşayırdılar.
AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə Bakı yəhudisi, 90-cı illərdə Azərbaycanda jurnalist kimi çalışan Pyotr Lyukimson o dövrdəki hadisələrə həsr olunan məqaləsində deyir.
Onun sözlərinə görə, 22 yanvarda həlak olanların cəsədləri tabutda şəhərin ən yüksək yerinə dəfn edilmək üçün çiyinlərdə aparılırdı: “Burda Şəhidlər Xiyabanı yaradılmışdı. Orda torpağın altında bir-birinə ən yaxın yatanlar azərbaycanlı və yəhudilər idi. Bir müddət keçdi, Bakı normal həyata qayıtmaq istəyirdi. Senzura altında olsa da, televiziya fəaliyyətə başladı, mətbuat çıxdı. Küçələrdə, hər evin divarında “Sovet ittifaqı kommunist partiyası– faşistlərin partiyası”, “Qorbaçov Hitlerin varisidir”, “İşğalçılar, rədd olun şəhərdən” şüarları yazılmışdı. Heç nəyi xalqın yaddaşından silmək mümkün deyildi. Həmin vaxt Ermənistan yeni parlament respublikasını elan etdi. Yalnız o zaman Moskvada anladılar ki, Qarabağda baş verənlər kənardan gətirilmiş döyüşçülər tərəfindən həyata keçirilib – Livandan və müxtəlif yerlərdən gələn ermənilər azərbaycanlılara qarşı vəhşi hərəkətlər etmişdi. Yalnız bu, son deyilmiş.
Bu hadisələr davam etdiyi vaxt, Ermənistandan gəlmiş “uzunsaqqallılar” Azərbaycan televiziyasını partlatmaq istədilər, amma onlar əsir götürüldü. Erməni tərəfi isə onların “milis” (polis-red) olduğunu iddia etdilər. Amma çoxlarına məlum idi ki, onlar məşhur erməni terroristləridir. Həmin vaxt ermənilər silahlanmanı gücləndirdi və Qarabağa hərəkətə keçdilər”.
P.Lyukimson qeyd edir ki, müharibə 1991-ci ildə başlandı. Onun sözlərinə görə, hücuma keçən ermənilər kişiləri girov götürdü: “Qadınlarsa zorlandı. Bir kənddə isə bütün qadın və uşaqları anbara salaraq yandırdılar. Azərbaycan mətbuatı qarnı yarılmış hamilə qadının kömürə dönmüş cəsədinin fotosunu dərc etdi. Əlverişli şəraitdən istifadə edən Ermənistan Qarabağda və ətraf rayonlarda irihəcmli hərbi əməliyyatlara başladı. Başqa ölkənin ərazisini işğal etmələrini ermənilər həmişəki kimi “özünümüdafiə” adlandırırdı. 1991-1992-ci ildə Ermənistan bəyan etdi ki, Azərbaycan torpaqlarına iddialı deyillər və Qarabağda insan hüquqlarının müdafiəsinə çalışırlar. Bütün bunlar “dünya ictimai rəyi” ilə qəbul edildi və təcavüzkar Ermənistan insan hüquqlarının qorunması uğrunda mübarizə aparan ölkəyə çevrildi. Dağlıq Qarabağda referendum keçirildi və qondarma olan, amma özlərini ayrıca respublika elan edən “Dağlıq Qarabağ Respublikası” meydana gəldi. Ən maraqlısı isə, Levon ter-Petrosyanın şəxsi ordunun yaradılmasından rəsmi qaydada imtina etməsi idi. Çünki buna qədər artıq erməni ordusu yaradılmışdı. Qışın sonunda “mövcud olmayan” erməni ordusu Qarabağ və ətraf rayonlara hücuma keçdi. Azərbaycan ordusu geri çəkildi, bir sıra rayonlar tərk edildi, həmçinin Xocalı. Xocalının yüzlərlə sakininin başı kəsildi, gözləri çıxarıldı. Qadınların sinələri kəsilərək qənimət götürüldü.
Sağ qalmış şahidlər danışırdı ki, dördyaşlı Azərbaycan qızı anasının gözü önündə zorlandı. Onun anası və bacılarını güllələdilər. Ardınca qaliblər cəsədi təhqir etmək üçün növbəyə düzüldü. Heç kəs Xocalı faciəsini açmağa çalışmadı. Sadəcə olaraq, quş hündürlüyündən jurnalistlər cəsədləri, yandırılmış şəhəri çəkə bildi. Həqiqətən də bu, sürrealist görüntü idi. Ermənilər tələsik car çəkdilər ki, bütün bunlar iki tərəfin müharibəsi zamanı baş verib. Tezliklə Xocalı faciəsi Azərbaycanın digər rayonlarında da təkrarlandı”.
Yəhudi jurnalist bildirir ki, bütün dünya bu gün yanlış olaraq bu qorxunc münaqişədə dil tapmağa çağırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
18:21 12.07.2025
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO