Rusiyanın Yekaterinburq şəhərində əvvəlki illərin qətlləri ilə bağlı iş üzrə həbs olunan daha bir azərbaycanlı - Əhliman Səttar oğlu Gəncəyev barəsində çıxarılan həbs qətimkan qərarından şikayət edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk Vilayət Məhkəməsinin Mətbuat Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, Gəncəyevin şikayətini onun vəkili təqdim edib.
Xatırladaq ki, daha əvvəl eyni iş üzrə saxlanılan digər şəxslər - Akif Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və Şahin Məmmədəli oğlu Lalayevin müdafiəçiləri də məhkəmənin qərarından şikayət etmişdilər.