Yekaterinburqda termal kompleksdə 31 nəfər xlordan zəhərlənib

Yekaterinburqda termal kompleksdə 31 nəfər xlordan zəhərlənib
DÜNYA
23:10 13.07.2025
363
Rusiyanın Yekaterinburq şəhərində yerləşən "Baden-Baden” termal istirahət kompleksində xlordan zəhərlənənlərin sayı 31 nəfərə çatıb.

Bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Vilayət qubernatorunun müavini, səhiyyə naziri Tatyana Savinovanın rəhbərliyi ilə fəaliyyət göstərən operativ qərargahın məlumatına görə, ‘Baden-Baden’ kompleksində xlor qazından zəhərlənən Ural sakinlərinin sayı 31 nəfərə yüksəlib”, – məlumat vilayətin Səhiyyə Nazirliyinin "Telegram" kanalında paylaşılıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR