Yelo Bank daha bir rəqəmsal filialını Şamaxıda açdı!

Yelo Bank daha bir rəqəmsal filialını Şamaxıda açdı!
İQTİSADİYYAT
16:19 20.09.2024
394

Yelo Bank regionlarda maliyyə xidmətlərini daha da genişləndirmək üçün növbəti filialını Şamaxıda açdı.

AZXEBER.COM xəbər verir ki, yeni filial Şamaxı şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 56 ünvanında xidmət göstərir. Filialın əsas üstünlüyü onun rəqəmsal konseptdə olmasıdır. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər.
Yeni filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev bildirib ki, burada Şamaxı sakinlərinə üstün xidmət səviyyəsi təqdim olunacaq: "Rəqəmsal konseptli növbəti filialımızı Şamaxıda açmaq üçün çox səbirsizlənirdik. Əsas hədəfimiz ölkəmizin regionlarında, eləcə də Şamaxıda real sektorun hərtərəfli inkişafına dəstək olmaqdır. Bu baxımdan 100 mindən çox əhalisi olan Şamaxıda geniş əməkdaşlıq potensialı görürük. İnanıram ki, yeni filialımız sakinlər üçün daha sürətli və daha səmərəli xidmət göstərəcək. Ümumiyyətlə, maliyyə inkluzivliyinin gücləndirilməsi və vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə digər bölgələrdə də rəqəmsal filial açmağı planlayırıq”.
Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan, Qəbələ, Masallı və Tovuz filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın paytaxt və regionlarda 20 xidmət məntəqəsi fəaliyyət göstərir.
Bank xidmətləri (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı