Yelo Bank-dan 12 milyona yaxın mənfəət

Yelo Bank-dan 12 milyona yaxın mənfəət
İQTİSADİYYAT
10:41 27.01.2022
293
Yelo Bank 2021-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqladı.
 
AZXEBER.COM xəbər verir ki, bank ötən ilin əvvəlindən başladığı müsbət tendensiyanı ilin sonuna qədər davam etdirib. Hesabata əsasən Bankın illik xalis mənfəəti 11.7 milyon manatdan çox olub. Eyni zamanda aktivləri də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 143 milyon, yəni 37% artaraq 533.7 milyon manat təşkil edib.
 
Ümumi kredit portfeli il ərzində təxminən 140 milyon manat artaraq 446 milyon manata çatıb. 2021-ci il ərzində Yelo Bank tərəfindən 240 milyondan çox biznes krediti verilib və bununla da biznes kredit portfeli 79.7%, yəni 114.7 milyon artaraq 258.7 milyon manata yüksəlib. Nəticədə, Bankın missiyasına uyğun olaraq ümumi kredit portfelinin 58%-i real sektorun payına düşüb. Qeyd etmək lazımdır ki, əvvəlki rüblərdə olduğu kimi biznes krediti əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb. İl ərzində istehlak kreditləri üzrə portfel də 38.1% artaraq, 116 milyon manata çatıb.

Bütün istiqamətlər üzrə artım olduğu kimi, depozit portfelində də 79 milyon manatlıq 33.6% çoxalma müşahidə olunub. Belə ki, 2021-ci il ərzində 7 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və nəticədə ümumi depozit portfeli 314 milyon manatı ötüb.

Bankın məcmu kapitalı da il ərzində 10 milyon manatdan çox artaraq 67.2 milyon manata çatıb. Bu göstərici requlyativ tələbdən 17.2 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.57%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.94% olmaqla, hər iki göstərici üzrə tələb olunan norma üstələnir.

Ötən il üzrə bankın xalis faiz gəlirləri 38 milyon manatı ötüb. Bu isə 2020-ci illə müqayisədə 3.5 milyon manat daha çoxdur. Hesabat dövrünə Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir.

Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2021-ci ilin 4-cü rübünün maliyyə nəticələrini belə şərh edib: "Pandemiyanın təsirlərinə baxmayaraq Bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verdi. Ən əsası bu inkişafın demək olar ki, Bank-ın bütün fəaliyyət istiqamətləri üzrə baş verməsidir. 2021-ci il Yelo Bank üçün parlaq bir il oldu. Əldə olunan pozitiv rəqəmləri analiz etdikdə başa

düşülür ki, hər biri təsadüfi deyil, addım-addım qazanılmış uğurların nəticəsidir. Yalnız bu formada başlanılan inkişafı uzunmüddətli və dayanıqlı etmək olur. 2022-ci ilə əsas hədəfimiz daha çox xidmətlərimizin tam rəqəmsal təqdim olunmasıdır. Həmçinin, əsasən regionlarda olmaqla yeni xidmət şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulub. Filiallarla bərabər, kollektivimizin böyüməsi və göstərilən xidmət çeşidinin artırılması ilə Yelo Bank-ın daha da böyüyəcəyinə əminik. Əsas məqsədimiz sadəcə böyümək deyil, bu böyüməni keyfiyyətli formada reallaşdırmaqdır. Ötən il ərzində kredit portfelimizin artımı və portfelin keyfiyyəti düzgün yolda olduğumuzu göstərir. Bankın inkişafındakı əvəzsiz töhfələrinə görə müştərilərimizə, göstərdikləri etimada görə tərəfdaşlarımıza, əzmkarlarıqlarına görə komandamıza təşəkkür edirəm”.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO