Sağlam komanda güclü komanda və müştərilərə daha yaxşı xidmət deməkdir.
AZXEBER.COM xəbər verir ki, bunu anlayan Yelo Bank əməkdaşları üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Belə layihələrdən biri də ötən gün Paşa Sığortanın birgə təşkilatçılığı ilə keçirildi. Bankın Baş ofisində Sağlam Ailə komandasının iştirakı ilə əməkdaşlar üçün ödənişsiz Qlikohemoqlabin (gizli şəkər) və Vitamin D müayinəsi təşkil edildi.
2023-cü il Yelo Bank-da Sağlamlıq ili kimi qeyd edilir. Bank bundan öncə
əməkdaşlarına ödənişsiz göz müayinəsi, terapevt sessiyası təşkil edib, şəhərdən
kənar turlar həyata keçirib. Qeyd edək ki, əməkdaşların asudə vaxtlarında
voleybol, basketbol, yoqa, futbol və fitneslə məşğul olmaları üçün Yelo Bankın
Baş ofis binasında zəruri şərait yaradılıb. Bankın parlaq komandasının bir
parçası olmaq istəyirsinizsə, vakansiyalarla tanış olun: https://bit.ly/bank-vakansiya
Bank xidmətləri, eləcə də onlayn odeme haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!