Yelo Bank,
Azərbaycanın ən böyük sosial yönümlü uşaq moda layihələrindən biri olan
"Azerbaijan Kids Festival”-a dəstək olub. "Nine Senses” mərkəzində keçirilən
tədbirdə 4-15 yaş arası 20 uşaq moda nümayişində iştirak edib, öz bacarıqlarını
geniş auditoriya və tanınmış münsiflər heyəti qarşısında təqdim ediblər.
Festivalda həmçinin 3
nömrəli Respublika Xüsusi İnternat Məktəbindən olan eşitmə məhdudiyyətli
uşaqlar da iştirak ediblər. Onlar "Sən Möcüzəsən” adlı ifa altında milli
ornamentli geyimlərində səhnəyə çıxıblar. Onların çıxışı bir daha uşaqların
cəmiyyətə inteqrasiyası və bərabər imkanların təmin olunmasının vacibliyini
vurğulayır.
Layihənin əsas məqsədi
uşaqlarının yaradıcı ruhunu dəstəkləmək və istedadlarını geniş kütləyə
tanıtmaqdır. Festivalda fərqlənən iştirakçılar və qaliblər ölkəmizi beynəlxalq
layihələrdə təmsil etmək hüququ qazanacaqlar.
Yelo Bank, biznesdə və
cəmiyyətdə inklüzivliyi təşviq edən belə təşəbbüsləri dəstəkləməyə davam
edəcək.
Kredit veren banklar axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və
yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!