Yelo Bank, korporativ sosial məsuliyyət çərçivəsində ekoloji mühitin yaxşılaşdırılmasına yönələn təşəbbüsləri dəstəkləməyə davam edir.
AZXEBER.COM xəbər verir ki, bank bu dəfə Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan ağacəkmə
kampaniyasına qoşulub.
Bankın rəhbərliyi və
əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə
Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Tədbir
çərçivəsində maliyyə sektorunun nümayəndələri ilə birlikdə 1 hektar ərazidə 625
Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, aksiya
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası,
Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları
Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında imzalanmış
Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Memorandumun əsas məqsədi 10
il ərzində ölkə üzrə ümumilikdə 1 milyon ağacın əkilməsinə nail olmaqdır.
Yelo Bank bu istiqamətdə
həyata keçirilən layihələrdə fəal iştirak etməyə davam edəcək.
Bank
xidmətləri, o cümlədən tez
kredit əldə etmək haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,Instagram,Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!