Yelo Bank Sahil filialını tam yeni konseptdə müştərilərin istifadəsinə verdi - FOTOLAR

İQTİSADİYYAT
17:19 06.11.2020
262

Hər zaman müştəriləri ön plana çəkən və onların gözləntilərini qarşılamaq üçün dəyişən Yelo Bank filial şəbəkəsini yeniləməyə davam edir.

Bül-bül pr. 5 ünvanında yerləşən və bankın parlaq bankçılıq konseptinə uyğun yenicə istifadəyə verilmiş Sahil filialı bütün bank xidmətlərini göstərir. Filialda müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. Yeni filial rahatlığı ilə yanaşı, müasirliyi və bankın sloqanına uyğun olaraq parlaqlığı ilə fərqlənir.

Konseptə uyğun olaraq filial fərdi və sürətli xidmət zonalarını, eləcə də, 7/24 rejimində işləyən bankomat və ödəniş terminallarını özündə birləşdirir.

Yeni filial konsepti yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradacaq.Dəyişikliklərin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni yeni bir müsbət təcrübəyə çevirməkdir.

Yelo Bank – Parlaq bankçılıq

 




OXŞAR XƏBƏRLƏR