Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, rəqəmlərdən də görünür ki, Bank əsas göstəricilər üzrə müsbət dinamikanı
qoruyub saxlayır. Belə ki, 2024-cü il ərzində Yelo Bank 35 mln manat xalis
mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox
artım deməkdir.
Bank rüb ərzində bizneslərin maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını
davam etdirib. Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə
müqayisədə 183 mln manat, yəni 25%-dən çox artıb. Nəticədə ümumi kredit
portfeli 898 mln manata yüksəlib. Hər zaman olduğu kimi real sektorun
kreditləşməsi Yelo Bank-ın prioritetləri sırasındadır. Kredit portfelinin üçdə
ikisi olmaqla mühüm hissəsini biznes kreditləri təşkil edir. Biznes kredit
portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 96 mln manat, 20%-dən çox artımla
567 mln manata çatıb. Hesabat dövründə mikro kredit portfelində də nəzərəçarpan
artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 25%
artaraq, 328.6 mln manat təşkil edib.
Fiziki şəxslərə verilən kredit portfeli isə əvvəlki ilin analoji dövründən bəri
88 mln, yəni 35.4% artaraq 336.4 milyon manat təşkil edib. Rüb ərzində istehlak
kredit portfelinin artımında onlayn kanalların payı 50%-ə yaxındır.
Ümumi əmanət portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 200 mln manat olmaqla
31% artaraq, bu ilin üçüncü rübünün yekununda 841.5 mln manat təşkil edib. Bu
da Yelo Bank-ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun
göstəricisidir.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 39%-dən çox
artaraq 113 mln manata çatıb. Qeyri-faiz gəlirləri də eyni dövrlə müqayisədə 3
dəfədən çox artımla 24 mln manata yüksəlib.
Ötən ilin eyni dövrü ilə müqayisədə məcmu kapital 37%-lik artımla 140 mln
manata çatıb. Bu da requlyativ tələbdən 90 mln manat çoxdur. Məcmu kapitalın
adekvatlıq əmsalı 13.5%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.7%
olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Hesabat
dövrünün sonuna Bankın aktivləri 1 mlrd 177 mln manat təşkil edib.
İdarə Heyətinin sədri Anar Həsənov cari ilin üçüncü rübündə Bankın strateji
məqsədlərinə doğru mühüm irəliləyişlər əldə olunduğunu qeyd edib: "Bu
göstəricilər, təkcə xidmət və məhsullarımızın keyfiyyətini artırmaq
istiqamətindəki səylərimizin deyil, həm də müştərilərimizin Yelo Bank-a
göstərdiyi inam və etibarın nəticəsidir. 3-cü rübün sonuna olan maliyyə
nəticələrimizə əsasən deyə bilərəm ki, yeni strateji dövrümüzün bir sıra mühüm
hədəflərinə çatmaqdayıq. Bankın xidmət və məhsullarının, eləcə də filiallarının
rəqəmsallaşdırılması prosesini il ərzində də davam etdirəcəyik. Əsas strateji
prioritetlərimizdən olan ESG prinsiplərini də tətbiq etməklə fəaliyyətimizi
daha dayanıqlı səviyyəyə qaldırmağı hədəfləyirik. İnanıram ki, 2024 Yelo Bank
üçün davamlı inkişafa doğru getdiyimiz mühüm illərdən biri kimi yadda qalacaq”.
Bank
xidmətləri (https://www.yelo.az/az/individuals/online-services/loan_request/) haqqında əlavə
suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!