Yelo Bankın mənfəəti il ərzində 3 dəfədən çox artıb

İQTİSADİYYAT
13:52 21.07.2023
204

Yelo Bank 2023-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

 

AZXEBER.COM xəbər verir ki, hesabata görə Bankın əsas maliyyə göstəricilərində pozitiv artım dinamikası davam edir. Cari ilin ilk 6 ayı ərzində Yelo Bank-ın xalis mənfəəti 8.7 mln manat olub. Bankın cəmi aktivləri ötən ilin sonu ili müqayisədə 25 mln artaraq 847 mln manatı ötüb.

 

Hesabat dövrü üzrə Bankın faiz gəlirləri 2022-ci ilin analoji dövrü ilə müqayisədə 33% artaraq 52 mln manatdan çox olub. Qeyri-faiz gəlirləri də 5 mln manatı keçib.

 

Bankın kredit və əmanət portfelləri böyüməyə davam edir. Ötən ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 147 mln, yəni 27% artaraq 684 mln manatı ötüb. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank-ın prioritet istiqamətlərdən olan real sektorun maliyyələşməsinə yönəldilib. Nəticədə biznes portfel də 34% artaraq 444 mln manata çatıb. İstehlak üzrə kredit portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 33 mln, yəni 17% artaraq 240 mln manata çatıb. Bu satışın 33%-i, eləcə də portfel artımının 37%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

 

Bankın əmanət şərtləri müştərilər üçün cəlbedici olmağa davam edir. Belə ki, il ərzində 4000-ə yaxın müştəri əmanətlərini Yelo Bank-a etibar edib. Nəticədə bu istiqamət üzrə portfel artaraq 592 mln manata çatıb.

 

Hesabat dövrünə Bankın məcmu kapitalı 96 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 46 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.04%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.44% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

 

Xatırladaq ki, Yelo Bank 3 illik strategiya planını uğurla başa vurmaqdadır və bu planda qarşıya qoyulmuş bütün hədəflərə artıqlaması ilə nail olub Hal-hazırda Bankın növbəti 3 illik strategiyası üzərində iş gedir. Bu yeni strateji dövrdə də Bankın əsas hədəfləri bazarda mövqeyini, real sektora dəstəyini gücləndirmək, rəqəmsal filialların sayını artırmaq, nağdsız dövriyyənin inkişafına töhfə verməkdir. Yelo Bank bundan sonra da müştəri ehtiyaclarını qarşılayan innovativ bankçılıq həlləri təqdim edəcək.

Bank xidmətləri haqqında
əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:46 12.02.2025

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

11:33 12.02.2025

Ərdoğanla malaziyalı nazir arasında maraqlı dialoq - VİDEO

11:21 12.02.2025

“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək

11:14 12.02.2025

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

11:00 12.02.2025

Dostları Azəri çəkdikləri filmlə yad edəcək - FOTO

10:58 12.02.2025

İtaliyada Etna vulkanı yenidən aktivləşdi

10:57 12.02.2025

Qadının arxa cibinə qoyduğu telefon partladı - Ciddi yanıq xəsarətləri aldı

10:52 12.02.2025

BDU-nun baş müəllimi vəfat etdi

10:45 12.02.2025

"Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın olması bütün ölkələrin xeyrinə olacaq"

10:45 12.02.2025

Türkiyədə terror əməliyyatında 8 nəfər saxlanıldı

10:34 12.02.2025

"Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır"

10:30 12.02.2025

Məşhur müğənninin təyyarəsi qəzaya uğradı - FOTO

10:26 12.02.2025

Prezident: Biz vəd etdiklərimizi yerinə yetirdik

10:21 12.02.2025

İlham Əliyev: İmperialist keçmişi olan ölkələr diktə etməyə davam etmək istəyir

10:18 12.02.2025

Dövlət başçısı: Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi

10:13 12.02.2025

Prezident Davosda Çinin CGTN telekanalına müsahibə verdi