Bir müddətdir atasıyla aralarında yaranan münaqişədən sonra CZN Burak ləqəbli aşpaz Burak Özdemirin son halı izləyicilərini qorxudub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, CZN Burakın son paylaşımlarında onun xeyli çəki itirməsi izləyicilərinin diqqətini çəkib.
Vaxtının çox hissəsini işinə həsr edən fenomen 51 milyon izləyicisi olan İnstaqram hesabında tez-tez özünün son halını paylaşır.
Qeyd edək ki, gülə-gülə çəkdirdiyi yemək videoları ilə məşhurlaşan və İstanbulda restoranı olan CZN Burak bir müddət əvvəl atası tərəfindən aldadıldığını bildirərək məhkəməyə müraciət edib.
Mikayıl