Yeməkdən sonra çay içənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur

SAĞLAMLIQ
15:44 05.12.2023
588
Axşam yeməyindən sonra çay içmək olmaz.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nahardan sonra çay içmək orqanizminizə zərər verir. Çay qəbulu yeməkdən sonra edilməməlidir.
 
Çayın tərkibində tanin adlı bir komponent var ki, o, insan orqanizmində olan dəmirin udulmasını yavaşladan bir maddədir. Bunun nətcəsi olaraq insan orqanizmində anemiya yaranır.
 
Qanda kifayət qədər dəmir olmaması nəticəsində qarşılaşdığımız anemiyadan qorunmaq üçün axşam yeməyindən sonra çay içilməməlidir.

Əks halda qanda dəmirin miqdarı azalacaq və buna görə orqanizmdə qan azlığı yaranacaq.
 
Bu vəziyyətdən qaçmaq üçün yeməyin həzm olunmasını bir qədər gözləmək və sonra çayı içmək daha yaxşı olardı.
 
Günel

OXŞAR XƏBƏRLƏR