Yeməkdən sonra yuxunuz gəlirsə, diqqətli olun: Bu, xəstəliyin əlaməti ola bilər

SAĞLAMLIQ
12:15 03.02.2023
1013

Mütəxəssislər yeməkdən sonra halsızlıq, yorğunluq və yuxu kimi şikayətləri olanlara xəbərdarlıq edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssis dr. Filiz Çalışkan bunun səbəblərindən birinin yüksək insulin müqaviməti ilə bağlı olduğunu açıqlayıb.

Yeməkdən sonra yuxuya getmənin ən çox görülən səbəblərindən birinin yüksək insulin müqavimətinə bağlı olduğunu ifadə edən Çalışkan "Mədəaltı vəzinin ifraz etdiyi insulini istifadə edə bilməməyə insulin müqaviməti deyilir. Xüsusilə oturaq həyat tərzi keçirən, artıq çəkisi olan və qeyri-sağlam qidalanan insanlarda müşahidə olunan bir xəstəlikdir. İnsulin müqaviməti yeməkdən sonra yuxululuq və yorğunluq əlamətləri ilə özünü göstərir. İnsulin müqavimətinizin olub-olmadığını öyrənmək üçün müayinə olunmalısınız. Anemiya, qalxanabənzər vəzlərinin zəif işləməsi yeməkdən sonra yuxusuzluq və yorğunluq hissi yaradan sağlamlıq problemlərindəndir. Bu xəstəliklərdən birinin sizdə ola biləcəyini düşünürsünüzsə, mütəxəssisə müraciət edərək düzgün müalicə üsulları ilə yuxu problemindən xilas ola bilərsiniz”, - deyə o açıqlamasında bildirib.

Normal yuxu vaxtlarının olması üçün mütəxəssis öz məsləhətlərini də verib:

"Yuxu rejiminiz olmalıdır. Erkən yatıb, tez qalxmağı vərdiş edin. Hər gün ən azı 1 saat sürətli gəzintiyə çıxın. Xüsusilə özünüzü ləng hiss etdiyiniz zaman yüngül templi gəzintilər edərək oyana bilərsiniz. Günə səhər yeməyi ilə başlayın. Səhər yeməyini gecikdirməyin. Gündə 2 litr su içdiyinizə əmin olun. Ağır və yağlı yeməklər qəbul etməyin. Alkoqoldan uzaq durun. Bir anda çox yemək əvəzinə kiçik porsiyalar seçin”.

Ayşən

OXŞAR XƏBƏRLƏR