Yəməndə hücuma məruz qalan gəmidə yanğın baş verib

Yəməndə hücuma məruz qalan gəmidə yanğın baş verib
DÜNYA
20:08 22.02.2024
180
Yəmən sahillərində hücuma məruz qalan gəminin göyərtəsində yanğın baş verib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

Qeyd edilib ki, UKMTO Yəmənin Ədən şəhərinin 70 dəniz mili cənub-şərqində insident barədə məlumatlandırılıb.

Bildirilib ki, hadisə hücum olaraq təsnif edilir.
OXŞAR XƏBƏRLƏR