Yəməndə husilərin hökumət qüvvələrinin hərbi düşərgələrinə hücumları nəticəsində 45 nəfər ölüb.
Bu barədə Yaxın Şərq mediası məlumat yayıb.
Qeyd olunub ki, zərbələr Mərib və Hədramaut əyalətlərindəki çevik müdaxilə qüvvələrinin bazalarına raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunmaqla endirilib.
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin qüvvələri həmçinin Mərib şəhərinin hava məkanında olan husilərə məxsus PUA-nın vurub. Məlumata görə, hava hücumundan müdafiə sistemi aparatı şəhərin hava məkanına daxil olduqdan sonra məhv edib.
Hökumət qüvvələri və husilər arasında döyüş əməliyyatları iyulun əvvəlindən fəallaşıb. Yəməndə nisbi sakitlik 2022-ci ilin aprelindən bəri qorunub saxlanılırdı. Husilər 2014-cü ilin sentyabrından paytaxt Sənanı və ölkənin bir sıra digər rayonlarını nəzarətdə saxlayırlar.
///report











































