Yəməndən İsrailə hücumlar davam edir

Yəməndən İsrailə hücumlar davam edir
DÜNYA
12:04 02.11.2023
145
Yəməndən İsrailə hücumlar davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yəməndəki husilər İsrail daxilindəki bir çox hədəfə çoxlu sayda pilotsuz uçuş aparatları atdıqlarını açıqlayıblar.

Husilərin hərbi sözçüsü Yəhya Seri bununla bağlı məlumatı verdiyi açıqlamada bildirib.

İsrailin Qəzzaya hücumları dayanana qədər hərbi əməliyyatlarının davam edəcəyini bildirən Yəhya Seri hücumu Fələstin xalqının qələbəsi, Yəmən xalqının və bütün ümmət xalqının tələb və çağırışlarına cavab vermək üçün həyata keçirdiklərini vurğulayıb. 

Ayşən
OXŞAR XƏBƏRLƏR