Yəmənlilər ABŞ və Böyük Britaniyaya meydan oxudu: Bunun əvəzini ödyəcəklər

Yəmənlilər ABŞ və Böyük Britaniyaya meydan oxudu: Bunun əvəzini ödyəcəklər
DÜNYA
19:36 12.01.2024
261
ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan "Ənsarullah” hərəkatının (husilər) obyektlərinə raket zərbələri endirib. 

Birləşmiş Ştatlar və Britaniyanın dəniz ticarətini təmin etmək məqsədilə Yəmənə hücumlarından sonra husilər İsrail gəmilərini hədəfə almağa davam edəcəklərini açıqlayıblar.

"Ənsarullah” hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib ki, beynəlxalq güclər qarşısında təslim olmayacaqlar: "Kim xalqımıza müdaxilə və ya hücum etmək istəyirsə, qarşıdurmaya girərək hərbi riskə gedir və bunun əvəzini ödəyəcək. Nəfəsimiz uzun, xalqımız böyük və uzunmüddətli münaqişələrə tab gətirəcək qədər güclüdür”.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə quru və dənizdən hücum edib. Yəmənin paytaxtı Səna, Hudeydə və Taiz şəhərlərində partlayış səsləri eşidilib.

Yəməndəki husilərin sözçüsü Məhəmməd Əbdüssəlam raket zərbələrindən sonra bildirib ki, Fələstin və Qəzzəyə verilən dəstək davam edəcək:
"Yəməni Fələstinə və Qəzzaya dəstək verməkdən çəkindirəcəklərini düşünürlərsə, yanılırlar. Yəmən dini və humanitar mövqeyini davam etdirəcək və hər şeyi ilə Qəzzanın yanında olacaq. Bu hücumlar Yəmənin möhkəmliyini və gücünü daha da artıracaq”.

İsrail gəmilərini hədəfə almaqdan başqa beynəlxalq dənizçilik üçün heç bir təhlükə yaratmadıqlarını və ABŞ-İngiltərə hücumlarına haqq qazandıra bilmədiklərini bildirən Əbdüssəlam, "Yəmənə qarşı bu hücumların qətiyyən heç bir əsası yoxdur. Qırmızı dəniz və Oman dənizində beynəlxalq naviqasiya üçün heç bir təhlükə yoxdur. İsrail gəmiləri və Fələstin limanlarına gedən gəmilər hədəf götürülür". 
 
///Baku.ws
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU