Qeyri-adi geyimləri və hərəkətləri ilə qalmaqal yaradaraq daima dünya mətbuatının gündəmində olan amerikalı məşhur müğənni Ledi Qaqa növbəti dəfə pərəstişkarlarını şok edib. “Born This Way” adlı yeni albomunun təqdimatı çərçivəsində Amerikanın məşhur “The Late Show with David Letterman” adlı tok-şouda iştirak edən Qaqa kağız yeyib. Buna səbəb məşhur ulduzun ona verilən sualları bəyənməməsi olub. Belə ki, Ledi Qaqa Devid Lettermanın verdiyi sualı bəyənmədiyi üçün onun əlindən alaraq cırdığı kağızı ağzına ataraq uzun müddət çeynəyib.
Xatırladaq ki, müğənni daha əvvəl öz konsertində şou vaxtı pianodan, növbəti konsertində isə pencəyinə ilişərək yıxılmışdı .