Yenə doğuş faciəsi - Bu dəfə Bərdədə

SAĞLAMLIQ
16:20 22.02.2019
3366
Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində doğuş zamanı körpə ölüb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü, Tərtər rayonu Səhləbad kənd sakini Əhmədova Gülxarə Əfqan qızı fevralın 21-də Bərdə doğum evinə 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub. 

Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş uşaq ölüb. Ölən körpə oğlan olub.

Məsələ barədə məhkəmə-tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyitinə baxış keçirilib. 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR