Yeni 100 dollarlıq əskinas belə olacaq - FOTO

MARAQLI
18:30 10.02.2011
2073

 

ABŞ-da yeni 100 dollarlıq əskinas dövriyyəyə buraxılır. Yeni pul nominalı bir neçə müdafiə elementləri ilə təchiz olunub. Bu isə o deməkdir ki, onu artıq saxtalaşdırmaq mümkün olmayacaq. 

Birincisi, yeni banknot göy rəngli, müdafiəli 3D lentlə təchiz edilib. Pulu çevirdikdə, açıq-aydın onun üzərində çəkilmiş zəng şəkillərinin 100 dollar yazısına çevrildiyini görmək mümkündür. 

Bundan başqa, banknot daha bir müdafiə sapı və əlavə su nişanı ilə təmin edilib. Yeniliklər içində daha bir mikromöhür var. Bütün bu yeniliklər əskinasın istehsal qiymətini 11 sentdən 14 sentə qaldırıb. Yeni əskinasın təqdimatı ötən ilin aprel ayında olub.

 

11639

OXŞAR XƏBƏRLƏR