Şirvanda gənc qadın qəfil vəfat edib.
AZXEBER.COM xəbər verir ki, TƏBİB Şirvanda əməliyyatdan sonra ölən gənclə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, 2001-ci il təvəllüdlü Zivər Mirzəyeva sentyabrın 5-i, saat 10:00 radələrində Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub: "2 saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub. Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır".