“Yeni Azərbaycan Partiyası Yeni hədəflərə doğru!” uğurla addımlayacaq

“Yeni Azərbaycan Partiyası Yeni hədəflərə doğru!” uğurla addımlayacaq
SİYASƏT
16:27 20.10.2015
1594

Bu gün Gəncə şəhər, Gülüstan qəsəbəsindəki “İstiqlal” parkında 1 noyabr Milli Məclisə seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğlunun seçicilərlə görüşü keçirilib.

AZXEBER.COM xəbər verir ki, təbliğat qrupunun üzvləri və seçicilər çıxış edərək, Azərbaycanın sürətli inkişafı fonunda Gəncədə də möhtəşəm quruculuq- abadlıq işlərinin aparıldığını, iri miqyaslı infrastruktur layihələrin reallaşdığını, Gəncənin beynəlxalq səviyyədə sənaye və mədəniyyət mərkəzi olaraq tanındığını, insanların firavanlığının təmin olunduğunu, şəhərin “2016-ci il üçün Avropanın Gənclər paytaxtı” olaraq, daha bir zirvəni fəth etdiyini, qazanılan nailiyyətlərdə Naqif Həmzəyev kimi təşəbbüskar, yenilikçi və işgüzar gənclərin xüsusi əməyi olduğunu vurğulayıblar.

Deputatlığa namizəd Həmzəyev Naqif Ələşrəf oğlu seçicilərə və bütün gəncəlilərə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirdiklərinə, partiyanın namizədlərinə dəstək olduqlarına və etimad göstərdiklərinə görə dərin minnətdarlığını bildirib. Cəmiyyətdə millət vəkili səlahiyyətinin nə qədər şərəfli və məsuliyyətli olduğunu, siyasətdə aparıcı rol oynadığını diqqətə çatdırıb.

Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası “Yeni hədəflərə doğru!” sizin və bizim köməyimizlə uğurla addımlayacaq, müstəqil Azərbaycan yeni zirvələri fəth edərək, dünyanı heyran qoyacaq. Hər birimiz də vicdanımızla, əməlimizlə və töhfələrimizlə Vətənimizə, xalqımıza və Partiyamıza sədaqətlə xidmət edəcəyik.

Tədbir “Yaşasın müstəqil Azərbaycan!”, “Eşq olsun, Yeni Azərbaycan Partiyasına və onun Sədri cənab İlham Əliyevə!”, “Var olsun birliyimiz və həmrəyliyimiz!” nidaları ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda yaşayış binası yanır
18:27 25.05.2025
Bakıda yaşayış binası yanır
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
18:13 25.05.2025
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
18:01 25.05.2025
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq