"Yeni Azərbaycançılıq məfkurəsi ilə yeni hədəflərə doğru! ”

"Yeni Azərbaycançılıq məfkurəsi ilə yeni hədəflərə doğru! ”
SİYASƏT
20:26 06.03.2022
525
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 
Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi.

Demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında bu amilin rolu inkaredilməzdir. Ölkə Prezidenti İlham Əliyev sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirərək bildirir: "Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”.

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı 19 iyun 1995-ci il yaradılıb, hazırda 1354 nəfər üzvü var. YAP Naftalan şəhər təşkilatı 36 ərazi ilk partiya təşkilatında birləşib, Naftalan şəhəri üzrə 35, Qaşaltı Qaraqoyunlu kənd üzrə 1, ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir YAP Naftalan şəhər təşkilatı KİV-lər və Elektron İnformasiya resursları ilə əlaqəli şəkildə fəaliyyət göstərir.

Bu günün partiyası olmaq haqqını, gələcəyin möhtəşəm siyasi qüvvəsinə olan iddialarını gerçəkləşdirən YAP-ın Sədri, qalib xalqın Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının qurucu və birləşdirici, həm də şəriksiz Lideri İlham Əliyevin rəhbərliyi ilə bu hədəflər getdikcə daha real və daha əlçatandır. Yüksək intellekt, diplomatik məharət, milli maraqların qorunmasında qətiyyət və prinsipiallıq kimi yüksək şəxsi keyfiyyətləri, dünya liderləri içərisində günbəgün möhkəmlənən nüfuzu ilə seçilən, yorulmaz və fədakar əməyi ilə Azərbaycanı ən yüksək pillələrə qaldıran, özünün və təmsil etdiyi xalqın adını tarixin parlaq səhifələrinə yazdıran bir liderlə Azərbaycan qarşısında daha geniş üfüqlər, daha aydın sabahlar açılmaqdadır. Bu sabahlara parlaq Günəş kimi doğan Azərbaycanın şəfəqlərinin hər birimizin həyatını və gələcəyini işıqlandıracağına isə bu gün heç kimin şübhəsi yoxdur. 

Naftalan şəhər sakini   Rövlan Heydərov
OXŞAR XƏBƏRLƏR