Yeni Baş katib Mark Rutte: Ukraynanın layiqli yeri NATO-dadır

DÜNYA
13:23 01.10.2024
93
Ukraynanın layiqli yeri NATO-dadır.

Bu barədə NATO-nun yeni Baş katibi Mark Rutte Alyansın mənzil-qərargahında səlahiyyətlərinin icrasına başlaması ilə bağlı mərasimdə çıxışı zamanı bildirib.

"Mənim ikinci prioritetim Ukraynaya dəstəyimizi gücləndirmək və onu NATO-ya daha da yaxınlaşdırmaqdır. Çünki güclü, müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz. Üzərimizə düşəni etməliyik”, - NATO Baş katib qeyd edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR