İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi ölkədə "escherichia coli (eli bacillus)" bakteriyasının səbəb olduğu epidemiyanın olduğunu və ilin sonuna qədər yoluxma sayının 1500-ə yüksələ biləcəyini bildirib.
AZXEBER.COM xəbər verir ki, bu virus mədə spazmı, qusma və qızdırma, həmçinin ishal yaradır.
UKHSA-dan verilən yazılı açıqlamada İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada virus bakteriyasının yaratdığı xəstəliklərdə artım olduğu bildirilib.
Açıqlamada bakteriyanın qanlı ishal və sidik yolu infeksiyası kimi ishal növlərinə səbəb olduğu bildirilib və xəstəliklərin "e.coli" olaraq da adlandırılan bakteriyaları daşıyan qidalarla təmas nəticəsində meydana gəldiyi vurğulanıb.
Ölkədə epidemiya yaşandığı bildirilən açıqlamada hadisələrin geniş ərazidə görülməsinə səbəb kimi milli olaraq paylanan qidaların ön plana çıxdığı qeyd edilib. Açıqlamada çirklənmə mənbəyinin müəyyən edilə bilmədiyi və bunun təsərrüfatlar, içməli su, hovuzlar, dəniz suyu, göllər və ya çaylar olduğuna dair heç bir dəlil olmadığına diqqət çəkilib.
Açıqlamada Böyük Britaniyada 113 yoluxmaların aşkar edildiyi, onlardan 81-nin İngiltərədə, 18-in Uelsdə və 13-nün Şotlandiyada olduğu bildirilib.
Ayşən