7 ölkədə görülən sirli hepatit yoluxması sürətlə artır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə İngiltərədə uşaqlarda görülən sirli hepatit yoluxmaları indiyədək 7 ölkədə müşahidə edilib. ABŞ və Böyük Britaniya ağır xəstələrin olduğunu və onların qaraciyər transplantasiyasına ehtiyacı olduğunu açıqlayıb. İngilislər qaraciyər transplantasiyasına qədər uşaqlar üçün hepatit yoluxmalarının qeyri-adi olduğuna diqqət çəksələr də, bir çox ölkələr yeni qlobal epidemiya narahatlığı ilə həyəcan təbili çalıb.
Xəstəlik ABŞ, İrlandiya, Danimarka, Hollandiya və İspaniya da daxil olmaqla 7 ölkədə qeydə alınıb. İsrail uşaqlarda hepatit hallarını elan edən sonuncu ölkə olub. İsrail uşaqlar arasında 12 hepatit yoluxması açıqlasa da, yanvarın əvvəlindən İngiltərədə görülən xəstələrin sayı 108-ə çatıb. Uşaqlardan 8-nin vəziyyətinin ağır olduğu və qaraciyər transplantasiyasına ehtiyac olduğu açıqlanıb.
Həmçinin ABŞ-ın Alabama ştatının ictimai səhiyyə bölməsi 1-6 yaş arası uşaqlarda 9 yoluxmanın olduğunu və onlardan ikisinin qaraciyər transplantasiyasına ehtiyacı olduğunu qeyd edib.
Alimlər uşaqlarda qəfil meydana çıxan və sürətlə yayılan xəstəliyin arxasında nəyin dayandığını dəqiq bilmirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) xəstəliyin mənbəyini araşdırdıqlarını açıqlayıb. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi hesab edir ki, tez-tez yüngül soyuqdəymə, qusma və ishala səbəb olan ümumi virus ailəsi olan adenoviruslar hepatit hallarında rol oynaya bilər.
Ayşən